— APEX GROUP
Rahat Həyat Yaşayış Kompleksi – Bayıl Layihəsi
Layihənin başlama tarixi: 15.11.2023
Layihə davam edir
“Apex Group” şirkəti tərəfindən həyata keçirilən “Rahat Həyat Yaşayış Kompleksi – Bayıl Layihəsi”, müasir memarlıq tərzi və yüksək tikinti standartları ilə seçilir. Layihə tam şəkildə “Apex Group”un öz mütəxəssisləri tərəfindən 0-dan inşa olunur.
Kompleks yeraltı dayanacağa malik 9 mərtəbəli yaşayış binasından ibarətdir. Tikinti prosesində istifadə edilən bütün materiallar beynəlxalq standartlara cavab verir və uzunömürlülük, etibarlılıq, ekoloji dayanıqlıq kimi əsas meyarlara əsaslanır.
Layihənin konstruksiyası torpaq sürüşməsinə davamlı sistemlər üzərində qurulub, bu da gələcək sakinlər üçün maksimum təhlükəsizlik təmin edir. Eyni zamanda, tikinti mərhələlərinin hər birində əmək və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunur. Şirkət işçilərin sağlamlığı və təhlükəsiz fəaliyyəti üçün bütün şəraiti yaradır.
“Apex Group” üçün “Rahat Həyat Yaşayış Kompleksi” – Bayıl layihəsi, yalnız yaşayış sahəsi deyil, rahat, təhlükəsiz və müasir həyat tərzini təklif edən bir konsepsiyadır.